6 Fevral 2026 / 21:20

Moskvada güllələnən rus generalı nəyin qurbanı oldu?-TƏCİLİ

Bu gün 6 fevral tarixində səhər erkən Moskvada güllələnən Rusiya Baş Qərargahının Hərbi Kəşfiyyat rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyev barədə maraqlı faktkar üzə çıxıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki,  o, 2022-ci ilin may ayında Mariupol qarnizonunun Azovstaldan çıxarılması zamanı Mariupolda keçirilən danışıqlarda Rusiyanın yüksək vəzifəlilərindən olub. Bu barədə Azov Milli Qvardiyasının 1-ci Korpusunun komandiri Denis “Redis” Prokopenko Facebook-da məlumat paylaşıb. Sitat: “Alekseyev rusların hərbi əsirlərlə rəftarı ilə bağlı Cenevrə Konvensiyasına əməl edəcəyinə və əsirlərimiz üçün normal şərait təmin edəcəyinə söz vermişdi… Mariupolda imzalanan müvafiq sənəddə onun imzası da var idi. Biz də insanlıq nümayiş etdirdik və üç rus hərbi əsirini Alekseyevə təhvil verdik, onlara tibbi yardım, yemək və su verildi. Vinnitsa vilayətindən olan, vətəninə xain çıxan generalın sözü dəyərsiz oldu. Əsir Azov əsgərlərinə müntəzəm işgəncə verilməsi, tibbi yardımın olmaması və aclıq bunu təsdiqləyir.”
Prokopenko qeyd edir ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, rusiyalı general Ukraynadakı mülki hədəflərə zərbələr üçün məlumatların hazırlanmasına, eləcə də Xerson bölgəsində qondarma “referendum”un təşkilinə cavabdehdir. Zabit əmindir ki, Alekseev bu dəfə sağ qalsa belə, bir daha rahat yata bilməyəcək. Və bir gün məsələyə son qoyulacaq.

Moskvada güllələnən general əslən Ukraynadan olub, amma Rusiyaya işləyib və doğma Vətəninə xəyanət etdiyi üçün bu cəzaya məhkum edilib.

Rusiya xüsusi xidmət orqanları sui- qəsdin bir qadın tərəfindən törədildiyini bildirir.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!