8 Fevral 2026 / 21:08

Moskvada ordu generalını güllələyən Dubayda həbs edildi

General-leytenant Vladimir Alekseyevin qətlə yetirilməsinə cəhdlə bağlı şübhəli bilinən şəxs Dubayda saxlanılıb. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, hücumun birbaşa icraçısı hesab edilən Rusiya vətəndaşı Lyubomir Korba Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanlarının dəstəyi ilə Dubayda saxlanılaraq Rusiya tərəfinə təhvil verilib. Bildirilir ki, iş üzrə digər şübhəlilərdən biri Moskvada tutulub, daha bir nəfərin isə hazırda Ukraynada olduğu iddia edilir. İstintaq Komitəsi qeyd edir ki, Korba Ukrayna kəşfiyyat xidmətlərinin göstərişləri əsasında hərəkət edib. Onun 2025-ci ilin dekabrında Moskvaya terror aktı törətmək məqsədilə gəldiyi və hadisədən bir neçə saat sonra ölkəni tərk etdiyi bildirilir. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin hadisənin gedişi barədə mütəmadi məlumatlandırılır.

Xatırlatma: V.Alekseyevə sui-qəsd 6 fevral səhəri Moskvanın Volokolamskoye şosesindəki yaşayış binasında baş verib. O, bir neçə güllə yarası alıb və xəstəxanaya aparılıb. General-leytenant Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin birinci müavini vəzifəsini tutur. 2017-ci ildə Rusiyanın Qəhrəmanı adını alıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!