27 Avqust 2025 / 14:49

Moskvaya gedən neft kəməri dağıdıldı

Dünən Rusiyanın Ryazan vilayətində “Ryazan-Moskva” magistral neft kəmərində güclü partlayış baş verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki,  Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr belə məlumat verib. Bildirilib ki, partlayışdan sonra kəmərdə iri miqyaslı yanğın qeydə alınıb. Hadisə yerində güclü səsin eşidildiyi barədə Ryazan şəhəri ilə bağlı sosial şəbəkə paylaşımlarında da məlumatlar yer alıb. Bir neçə saatdan sonra əraziyə fövqəladə xidmət briqadaları cəlb olunaraq yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb. Qeyd edək ki, “Ryazan-Moskva” kəməri paytaxt Moskvanı neft məhsulları ilə təmin edən əsas infrastruktur xətlərindən biridir.

Rusiyaya məxsus sosial şəbəkə istifadəçiləri isə bu partlayışı qeydə alan videokadrlar paylaşmaqdadır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!