Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanı axtarışa verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.
Qeyd edək ki, Pamfilova 2024-cü ildə axtarışa verilib. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbərinə “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.
Pamfilova 2018-ci ildən Ukraynanın ekstremist “Mirotvorets” saytının məlumat bazasındadır.
UTX müntəzəm olaraq Rusiyanın siyasi, hərbi, mədəniyyət və ictimai xadimlərinə qarşı qiyabi ittihamlar irəli sürür. Bundan əlavə, Vladimir Zelenski Ukraynanın Rusiya Federasiyası ilə əməkdaşlıqda ittiham etdiyi Rusiyanın fiziki və hüquqi şəxslərinə, eləcə də digər ölkələrin vətəndaşlarına qarşı sanksiyalar haqqında çoxsaylı fərmanlar imzalayır.
E.ŞİRİNOV