Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistan İranla hərbi sahədə əməkdaşlıq etmir və birgə əməliyyatlarda iştirak etmir.
Tezadlar.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif deyib.
Belə ki, o, nəşrin Tehrana hərbi texnika və ya sursat tədarükü şəklində dəstək verilməsi ilə bağlı sualını cavablandırıb.
“Bizim İranla heç bir hərbi əməkdaşlığımız və ya ortaq hərbi fəaliyyətimiz yoxdur. Bununla belə, İrana qarşı törədilən təcavüzü qətiyyətlə pisləyirik”, – deyə Xavaca Məhəmməd Asif ölkəsinin “həmişə iranlı qardaşların yanında olduğunu” vurğulayıb.
İyunun 13-də Təl-Əvivin İran ərazisinə hücumundan sonra İran və İsrail arasında hərbi qarşıdurma başlayıb. İyunun 22-də ABŞ İranın nüvə obyektlərinə zərbələr endirərək münaqişəyə müdaxilə etdi.
Rusiya, Çin və Pakistan BMT Təhlükəsizlik Şurasının üzvləri arasında ABŞ-ın hücumlarını kəskin şəkildə pisləyən və dərhal və qeyd-şərtsiz atəşkəs tələb edən qətnamə layihəsini yaydılar. ABŞ prezidenti Donald Tramp iyunun 24-nə keçən gecə tərəflərin mərhələli atəşkəslə bağlı razılığa gəldiyini açıqlayıb. 24 saatdan sonra ABŞ prezidentinin sözlərinə görə, dünya “12 günlük müharibənin sonunu” görəcək.
E.ŞİRİNOV