Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Ali Neft Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirib və nazirlikdə həyata keçirilən genişmiqyaslı layihələr, aparılan islahatlar, eyni zamanda planlaşdırılan böyük layihələr barədə məlumat verib.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, nazir müavini bu layihələrin icrasında universitetlərin rolunun xüsusi önəm daşıdığını qeyd edib və əməkdaşlığa hazır olduqlarını bildirib:
“Tədbirdə nazirliyin elmi-tədqiqat institutunun direktorunun müşaviri Qamət Kərimov “Universitet–Sənaye əməkdaşlığı layihələri” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, Bakı Ali Neft Məktəbinin tələbələri Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələrdə fəal iştirak edir və mühüm nailiyyətlər əldə edirlər. Nazirliyin həyata keçirdiyi bir layihədə seçim mərhələlərini keçərək iştirak hüququ qazanan 64 nəfərdən 18-i BANM tələbəsi olub, onlardan isə 10 nəfəri işə dəvət alıb.
Görüş gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi ilə davam etdirilib”.
JASMİN