Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda təkcə müəllimlər dərs öyrədib imtahan götürmür, həm də imtahan verirlər… Budur, bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır. Tezadlar.az xatırladır ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir.
Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
İyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, iyunun 19-da coğrafiya, ibtidai sinif, iyunun 20-də ingilis dili, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, xarici dil, riyaziyyat, rus dili və ədəbiyyatı, iyunun 24-də biologiya, kimya, iyunun 25-də isə fizika və informatika fənlərini tədris edən müəllimlərin sertifikasiyası baş tutacaq.
Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.