Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 11:02

Münhen Universitetinin nümayəndələri BANM-ın qonağı olublar – FOTOLAR

Münhen Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar.
Tezadlar.az     xəbər verir ki,  bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat paylaşıb.
“Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Münhen Texniki Universitetinin Beynəlxalq ofisinin İcraçı direktoru Friederike Hettinger və Strategiya və inkişaf üzrə rəhbəri Georgeta Auktor ilə görüşdük.
Münhen Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində yaradılmış müasir tədris mühiti, infrastruktur və tələbələr üçün təmin olunan şəraiti yüksək qiymətləndiriblər. Qonaqlar BANM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Görüşdə perspektiv əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi də aparıldı”,-  deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!