Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskva vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qohumlarına hücum etməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmənin izinə düşüb və saxlayıblar.
“Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslə işləyir. Cinayət işinin başlanması məsələsi həll olunur”, – deyə mənbə əlavə edib.
Xatırladaq ki, hadisə mayın 31-nə keçən gecə rayonun Şaxovskaya kəndində baş verib. Nəvə 59 yaşlı nənəsinə, 60 yaşlı babasına və 84 yaşlı ulu nənəsinə bıçaqla xəsarət yetiribvə sonra qaçıb.
Nəticədə, kişi bud nahiyəsindən xəsarət alıb, qadınlara isə qarın nahiyəsindən xəsarətlər diaqnozu qoyulub. Hər üçü xəstəxanaya yerləşdirilib.
E.ŞİRİNOV