Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyun 2024 / 09:21

“ƏN YAXŞI ZENİT-RAKET ARTİLLERİYA BATAREYASI” ADI UĞRUNDA YARIŞ KEÇİRİLİB

2024-cü il üçün hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrində “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda keçirilən yarışın əsas məqsədi şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Üç mərhələdə keçirilən yarışda hərbi qulluqçuların ixtisas hazırlığı üzrə nəzəri, praktiki bilik və bacarıqları, eləcə də batareyanın döyüş hazırlığı və uçot sənədləri yoxlanılıb. Yarışın sonuncu mərhələsində praktiki olaraq batareyanın döyüş hazırlığı, atəşin idarəolunması və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra edilib.

Yarışın ümumi nəticələrinə əsasən qaliblər müəyyən olunub.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!