Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Çoxmərtəbəli yaşayış binaların valideyn sakinləri uşaqlarını daim diqqətdə saxlamalıdırlar…
Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb. Hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb. 2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq “Kia” markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb. Araşdırma aparılır.
Bu da uşağı nəzarətsiz qoymanın nəticəsi… Hansı ki, valideynlər yuxarı mərtəbələrdəki pəncərələrini daim nəzarətdə saxlamalıdırlar. Yaxud, uşağa ciddi nəzarət olmalıdır!
ELBAR