Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Na-Na” musiqi qrupunun rəhbəri Vitali Frolikov vəfat edib.
Tezadlar.az xəbər verir ki, bu barədə qrupun “Vkontakte” sosial şəbəkəsinin rəsmi səhifəsində məlumat yayılıb.
“Na-Na qrupunun yaxın adamı, qrupun ruhu və ürəyi, qrupun direktoru Vitali İvanoviç Frolikov vəfat edib”, – məlumatda deyilir. Onun ölüm səbəbi açıqlanmır.
Frolikov 30 ildən çox qrupun direktoru olub. Qrup nümayəndələri onun vidalaşma tarixini və yerini daha sonra açıqlayacaqlarına söz veriblər.
Musiqiçilər Vitali Frolikovun onların qəlbində əbədi qalacağını vurğulayıblar.
E.ŞİRİNOV