22 İyul 2025 / 12:43

Naməlum şəxs avtomobildə olan sürücüyə atəş açıb: polis cinayətkarı axtarır

Sürücü güllə yarası alıb, xəstəxanaya yerləşdirilib

Kiyev vilayətinin Vasilkov şəhərində naməlum şəxs yerli sakinin avtomobilinə yaxınlaşaraq sürücünün olduğu istiqamətə bir neçə dəfə atəş açıb.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayət polisi məlumat yayıb.

“Hadisə iyulun 21-də saat 22:50 radələrində Kiyev vilayətinin Obuxov rayonunun Vasilkov şəhərində baş verib: küçədə naməlum şəxs özünə məxsus “Range Rover” markalı avtomobildə olan yerli sakinə odlu silahdan atəş açıb. Kişi güllə yarası alıb, o, xəstəxanaya yerləşdirilib”, – polisin mətbuat xidmətindən bildirilib.

Onlar əlavə ediblər ki, polis atəş açan şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi, 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açıb. Hazırda naməlum şəxs axtarılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!