13 Avqust 2025 / 16:58

Narkotik satan iki gürcü polis əməkdaşı saxlanıldı

Hüquq mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində aralarında polis müfəttişinin də olduğu 3 nəfər narkotik cinayətləri ittihamı ilə saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılan şəxslər narkotik vasitələrin əldə edilməsi və qanunsuz satışında təqsirli bilinirlər.“İstintaqla müəyyən edilib ki, İmereti Polis İdarəsinin Kutaisi Şəhər Bölməsinin 2-ci Polis Bölməsinin müfəttişi, 1969-cu il təvəllüdlü X.Z. maddi mənfəət əldə etmək məqsədilə 1964-cü il təvəllüdlü İ.G. və 1960-cı il təvəllüdlü A.B.-ya narkotik vasitə olan “morfin”i qanunsuz olaraq satıb. Vətəndaşların şəxsi və yaşayış evlərinə baxış nəticəsində İ.G. və A.B.-nın üzərindən qanunsuz saxladıqları narkotik vasitə “Morfin” və “Buprenorfin” maddi sübut kimi götürülüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 2-ci hissələri və 260-cı maddəsinin 4-cü hissəsi əsasında istintaq aparılır. Təqsirləndirilən şəxsləri 12 ildən 20 ilədək həbs cəzası gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!