Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Ukrayna ordusu indi işğal olunmuş əraziləri geri almaq üçün lazım olan bütün vasitələrə malikdir”.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Lissabonda Portuqaliyanın baş naziri ilə birgə mətbuat konfransında bildirib. “Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsi başlayandan NATO-ya üzv ölkələr [Ukraynaya] görünməmiş yardım göstəriblər. Əminəm ki, Ukrayna hərbçilərinin hazırda işğal olunmuş əraziləri geri almaq üçün lazım olan bütün vasitələri var”. O qeyd edib ki, irimiqyaslı işğal başlayandan bəri Ukraynanın yüngül tank əleyhinə silahlardan tutmuş müasir hava hücumundan müdafiə sistemlərinə, zirehli texnikalara və ağır döyüş tanklarına qədər dəstək olunub: “Və mən Alyans üzvlərinin ukraynalı pilotlara qanadlı raketlərdən və Qərb qırıcı təyyarələrindən istifadə etmək üçün təlim keçmək barədə son açıqlamalarını alqışlayıram”, – deyə NATO-nun baş katibi vurğulayıb.
24News.ge