26 Sentyabr 2025 / 09:46

NATO-nun baş katibi Rusiya təyyarələrinin “hücumlara” cavabını müzakirə edib

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, alyans Rusiya təyyarələrinin NATO hava məkanına iddia edilən müdaxiləsinə mümkün cavabı ilə bağlı qeyri-müəyyənliyi saxlamaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirir.

O qeyd edib ki, NATO Rusiya prezidenti Vladimir Putinin çox şey bilməsini istəmədiyi üçün bu məsələyə həmişə qeyri-müəyyənliklə yanaşacaq. Bununla belə, Rutte əmin edib ki, alyans NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin nə vaxt pozulduğunu biləcək, Putin də biləcək.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, sentyabrın 19-da 3 ədəd MiQ-31 qırıcısı həqiqətən Kareliyadan Kalininqrad vilayətindəki aerodroma planlı uçuş həyata keçirib. Nazirlik uçuşun planlaşdırıldığı kimi davam etdiyini, təyyarənin öz kursundan yayınmadığını, digər ölkələrin hava məkanını pozmadığını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!