Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti münaqişənin həlli üçün sülh danışıqlarına çoxdan başlamalı idi.
Tezadlar.az bildirir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində Ukrayna liderinin tənqidlərinə belə cavab verib.
“Macarıstan artıq üç il yarımdır ki, atəşkəs və sülh danışıqlarının tərəfdarıdır. Zelenski də belə etsəydi, Ukrayna daha yaxşı vəziyyətdə olardı”, – o yazıb.
Macarıstan diplomatının fikrincə, Kiyev daha mülayim olsaydı, “yüz minlərlə insanın həyatını xilas etmək olardı və milyonlarla insan evlərini tərk etməyə məcbur olmazdı”.
Bundan əvvəl Zelenski Macarıstanın baş naziri Viktor Orbanı ölkənin Avropa İttifaqına üzv ola bilməyəcəyini söyləməsinə görə tənqid edib. Dövlət başçısı qeyd edib ki, sorğulara əsasən, ukraynalıların 70 faizi icmaya qoşulmağın tərəfdarıdır.
E.ŞİRİNOV