2 Sentyabr 2025 / 18:22

NATO prezidenti ŞƏT-dən niyə qorxur?

Qərb Qlobal Cənubla daha effektiv qarşılıqlı fəaliyyətə başlasa, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinə uduzmuş ola bilər.

Tezadlar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib.

Onun fikrincə, ŞƏT-in fəaliyyəti Qlobal Qərbin birliyini pozmaq cəhdidir.

“Əgər biz Hindistan kimi ölkələrlə, xüsusən Qlobal Cənub ölkələri ilə daha sıx əməkdaşlıq etməsək və ya layiqli xarici siyasət yürütməsək, bu oyunu uduzacağıq”, – deyə siyasətçi Avropa İttifaqı və ABŞ-a müraciət edib.

O, “çoxqütblülük” yanaşması ilə razılaşmadığını, lakin beynəlxalq əməkdaşlıqda “çoxtərəfliliyin” tərəfdarı olduğunu vurğulayıb.

Daha əvvəl Stubb bildirmişdi ki, bu ölkə 1944-cü ildə SSRİ ilə müharibədə müstəqilliyini qoruduğu üçün “qalib gəlib”. Onun sözlərinə görə, Ukrayna hazırda “xarabalığa çevrilmiş, yoxsullaşmış və kənardan heç bir dəstək görməyən” Finlandiyadan da yaxşı vəziyyətdədir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!