Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şimali Atlantika Alyansı Ukraynadakı münaqişə bitdikdən sonra da Rusiya ilə qarşıdurmanı davam etdirəcək.
Tezadlar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Çexiyada keçirilən müdafiə forumunda deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin bitməsi ilə “Rusiya təhlükəsi” aradan qalxmayacaq.
“NATO buna qarşı durmağa hazırlaşmalıdır və bundan sonra da hazır olacaq”, – Rutte bildirib.
Alyansın baş katibi Avropa ölkələrini hərbi istehsalı artırmaqda davam etməyə və Avropanın hərbiləşdirilməsi üçün daha çox pul ayırmağa çağırıb.
Bundan əlavə, blok “ABŞ-dan daha çox döyüş gəmisi istehsal edən” “Pekindən gələn təhdidlərə” hazırlaşmaq niyyətindədir”, – Rutte əlavə edib.
Eyni zamanda, alyans Asiya-Sakit Okean regionundakı tərəfdaşlarına “5-ci maddəni uzatmaq niyyətində deyil”, lakin Çinin hücumu halında onlara kömək etməyə hazır olmalıdır, – deyə baş katib bildirib.
E.ŞİRİNOV