5 Aprel 2024 / 08:13

NATO XARİCİ İŞLƏR NAZİRLƏRİNİN QEYRI-RƏSMİ TOPLANTISINI GƏLƏN İL TÜRKİYƏDƏ KEÇİRƏCƏK

Şimali Atlantika Alyansı NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısını 2025-ci ildə Türkiyədə keçirmək qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

“Biz belə bir görüşün keçirilməsini təklif etmişik. O, 2025-ci ildə Türkiyədə baş tutacaq”, – deyə Fidan NATO-nun xarici əlaqələr qurumlarının rəhbərlərinin görüşü ərəfəsində aydınlıq gətirib.

Diplomat Türkiyənin alyansın işinə mühüm töhfə verdiyini xatırladıb.

“Ankara NATO-nun mühüm üzvü olaraq qalır. Türkiyə 72 ildir birləşməyə öz töhfəsini verir. Silahlı qüvvələrimiz NATO missiyalarında fəal iştirak edir”, – deyə o yekunlaşdırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!