8 Sentyabr 2025 / 20:00

NATO “Zapad-2025” təlimlərinə cavab verəcəyini açıqladı

NATO ölkələri Rusiyanın Polşa və Litva sərhədləri yaxınlığında planlaşdırdığı “Zapad-2025” hərbi təlimlərinə cavab verəcəklərini bildiriblər.

Tezadlar.az xəbər verir ki, sentyabrın 12-dən 16-dək keçiriləcək Rusiya-Belarus birgə təlimləri Moskvanın NATO ilə mümkün qarşıdurmaya hazırlaşdığını göstərir.

Litvanın müdafiə nazirinin müavini Tomas Qodlyauskas deyib ki, NATO və Aİ sərhədləri yaxınlığındakı bu cür təlimlər ciddi şəkildə izləniləcək. O bildirib ki, Litva və müttəfiqləri hazır vəziyyətdədir.

Polşanın Baş naziri Donald Tusk isə “Zapad-2025″i Polşaya mümkün hücumun ssenarisi kimi qiymətləndirib və Belarusa qarşı xüsusi tədbirlərin görüləcəyini açıqlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!