8 Avqust 2025 / 18:06

Naxçıvan İpoteka Fondu qeyri-kommersiya təşkilatına çevrilir

“Naxçıvan İpoteka Fondu” ASC qeyri-kommersiya hüquqi şəxsinə çevrilərək yenidən təşkil olunur.

“Tezadlar.az”ın yerli bürosu xəbər verir ki, bununla bağlı Muxtar Respublika Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Yeni hüquqi formaya keçidlə fond bütün hüquq və öhdəliklərini saxlanmaqla, əhalinin ipoteka kreditləri ilə təmin olunması və maliyyə resurslarının cəlbi istiqamətində fəaliyyətini davam etdirəcək. Təsisçilik səlahiyyətləri Naxçıvanın Nazirlər Kabinetinə həvalə olunub. Fərmanın uyğunlaşdırılması ilə bağlı təkliflər üç ay ərzində Muxtar Respublika Ali Məclisinə təqdim olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!