9 Fevral 2026 / 12:08

Naxçıvanın Baş naziri onu təyin etdilər…

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Tezadlar.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.

Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!