11 Dekabr 2024 / 08:04

NAZİR FƏRİD QAYIBOV ESTONİYAYA GEDİB

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Estoniyaya səfər edib.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən COP9-un Büro İclasında iştirak edib.

Konfransda dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!