Əsas məzmuna keç

“Real” son dəqiqədə məğlub oldu

İspaniya La Liqasında 30-cu turun oyunları davam edir.

Tezadlar.az xəbər verir ki, “Real” səfərdə “Malyorka”nın qonağı olub.

Meydan sahibləri ilk hissədə hesabı açsalar da, Eder Militao matçın sonlarına yaxın tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə isə Vedat Muriqi “Malyorka”ya sensasiyalı qələbə qazandıran qola imza atıb.

4 aprel

“Malyorka” – “Real” – 2:1

Qollar: M.Morlanes, 41, V.Muriqi, 90+2 – E.Militao, 88

Qeyd edək ki, bu nəticədən sonra xalları 69-da qalan “Real” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Xallarının sayını 31-ə çatdıran “Malyorka” isə aşağı liqaya düşmə zonasını tərk edərək 15-ci sıraya yüksəlib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…