2 Fevral 2026 / 18:05

Nazir Vilayət Eyvazov Qəbələdə 314 vətəndaşın müraciətini dinləyib və sıra baxışı keçirib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1–2-də Qəbələ rayonunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edib.
Tezadlar.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qəbulda 314 vətəndaşın müraciəti dinlənilib, əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı keçirilib. 206 nəfər növbəti mərhələyə buraxılıb, onlardan 17-si Vətən müharibəsi iştirakçısıdır.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!