13 Aprel 2026 / 09:58

Nazirin bu ifadəsi ciddi narazılıq yaratdı-SİTAT

Elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında deyib: “Mən səmimi olaraq hələ də başa düşə bilmirəm ki, yaxşı hüquqşünas ola bilmək üçün nəyə görə tarixi riyaziyyat fənnindən daha yaxşı bilmək lazımdır…”.
Araşdırmaçı jurnalist Fərəməz Novruzoğlu sosial mediada bu ifadəyə maraqlı şərh verib. Sitat: “…Bu nazir 6 ildir ən strateji nazirliklərdən birinə rəhbərlik edir… Və o, hər ay 13 500 manat maaş alır… Bu bilirsiniz nəyə bənzədi? Şeyx həzrətləri də bir vaxtlar demişdi ki, 40 ildir şeyxəm, amma hələ də vicdanın nə olduğunu bilmirəm. Fetoçu nazirə gəlincə, o doğrudan da səmimi olsa, çıxıb deyər ki, 6 ildir nazirəm, amma hələ də başa düşə bilmirəm ki, məni bu vəzifəyə niyə təyin ediblər, niyə hələ də bu vəzifədə saxlayırlar? Amma deyə bilməz, çünki şeyx həzrətləri kimi o da vicdan nədir bilmir, çünki vicdanı yoxdur, özündə olmayanı hardan bilsin? O ki qaldı hüquqşünasın nəyi daha yaxşı bilməsinə, mükəmməl hüquqşünas riyaziyyat və tarixlə yanaşı coğrafiyanı, psixologiyanı, hətta ritorikanı bilməlidir, yəni universal olmalıdır. Hüquqşünas üçün tarixin bir addım öndə olması məhz ondan qaynaqlanır ki, tarix “niyə” sualına cavab tapmaq üçün bünövrədir, riyaziyyat isə “necə” sualını cavablandırmaq üçün texniki strukturdur. Eynilə coğrafiya, psixologiya, dil və ritorika hüquqşünas üçün mühüm alətdir.
Ümumiyyətlə, Emin Əmrullayevin bilmədən də olsa, qaldırdığı bu tema olduqca maraqlıdır, daha ətraflı təhlil olunması gərəkir. Hüquqşünas üçün riyazi məntiq, coğrafi bilgi və insan psixologiyasına bələd olmanın əhəmiyyəti nədir? Bu da araşdırılması vacib məsələdir. Vaxt etsəm yazacağam…”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!