10 Fevral 2026 / 05:54

Nazirlər Kabinetinin katibi Epşteyn məsələsinə görə istefa verəcək – “The Guardian”

Böyük Britaniya Nazirlər Kabinetinin katibi və Dövlət Xidmətinin rəhbəri Kris Vormald ABŞ-dakı keçmiş Britaniya səfiri Peter Mandelsonun pedofil maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda yaxın günlərdə istefa verə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.

“Dauninq-stritdəki ən yüksək vəzifəli dövlət qulluqçusu Keyr Starmerin kabinetində əsaslı dəyişikliklərin bir hissəsi olaraq istefa vermək üçün danışıqlar aparır… Nazirlər Kabinetinin katibi Kris Vormaldın Dauninq-stritdən getmə şərtləri ilə bağlı danışıqlar apardığı güman edilir”, – nəşr bildirib.

Qəzet qeyd edir ki, Vormaldın istefası yaxın günlərdə elan ediləcək, eyni zamanda Britaniya Baş naziri Keyr Starmer Leyboristlər Partiyası və hökumət üzərindəki nəzarətini möhkəmləndirir.

Elə həmin gün Peter Mandelsonun Epsteinə məxfi məlumatları ötürdüyü və dosyenin dərc olunmasından sonra “Lord No Trousers” ləqəbini qazandığı bildirildi.

Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn cinsi istismar və uşaq istismarında ittiham olunurdu. O, 6 iyul 2019-cu ildə həbs edilib. Prokurorlar bildiriblər ki, 2002-2005-ci illər arasında onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın səfərlərini təşkil etdiyinə dair dəlilləri var. Onlardan ən kiçiyi o vaxt 14 yaşında idi.

Maliyyəçiyə qarşı cinayət işi onun ölümü səbəbindən dayandırılıb. Epstein 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!