13 Avqust 2025 / 13:59

Nəcməddin Sadıqov dindirilmək üçün Türkiyəyə aparılıb?

Belə bir iddia ilə “Azadlıq” qəzeti xəbər paylaşıb. Sitat: “…2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib. Bunu diplomatik mənbələrə istinadən nüfuzlu “Middle East Eye” qəzetinin müxbiri Raqip Soylu yazıb. Məlumata görə, 44 günlük müharibə zamanı Ankara təkcə Azərbaycanı döyüş pilotsuz təyyarələri, elektron döyüş sistemləri, kəşfiyyat vasitələri ilə təmin etməyib. Türkiyə rəsmiləri də Azərbaycan ordusunun sıralarında rusiyapərəst ünsürlərin müəyyən edilməsində iştirak ediblər. “Bu “ünsürlərdən” biri Rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Vəziyyətdən xəbəri olan mənbə MEE-yə bildirib ki, Türkiyə hakimiyyəti müharibə zamanı onun deportasiyasını təşkil edib, dindirilmək üçün Türkiyəyə gətirib və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib”.

Azərbaycanın rəsmi qaynaqları hələki bu barədə məlumat yaymayıb, yaxud reaksiya verməyib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!