5 Fevral 2026 / 12:03

Nəsimi rayonunda ağac avtomobili yararsız hala saldı

Ötən gün ərzində Bakıda davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb. Tezadlar.az xatırladır ki, vətəndaşlara və dövlət əmlakına ciddi ziyan dəyib. Küləyin təsirindən qırılan ağacların əksəriyyəti artıq çoxdan qurumuş agaclardır. Hərbi ekspert Ədalət Verdiyev də haqlı olaraq bu barədə öz mövqeyini belə açıqlayıb: “…Vaxtında quru ağacların və ya təhlükə yaradan budaqların kəsilməsini həyata keçirnəyənlər, bu prosesi illərlə bürokratik əngəllərlə təxirə salanlar məsuliyyət daşımalıdır, vətəndaşa və dovlətə dəyən ziyanın ödənilməsində yaxından iştirak etməlidir. Yaşadıgım həyətdə mənzil istismar sahəsinin əməkdaşları təhlükə yaradan bir quru ağacın kəsilməsi üçün aylarla ETSN ilə Nəsimi rayon yaşıllaşdırma idarəsi arasında əsir təsir oldular, mən də bu işə müdaxilə edəndən sonra ağac kəsildi”.
Maraqlıdır, MTK-lar Bakıda yaşıllıqları gecələr yerlə bir edəndə kimsənin səsi çıxmır, amma vətəndaş qurumuş ağacın kəsilməsində iştirak edəndə mərəkə qopur… Özləri isə kəsib aparmırlar.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!