Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 İyun 2025 / 12:18

Netanyahu ABŞ-ı müharibəyə cəlb etmək istəyir?

Hərbi analitik İrana hücumdan sonra Netanyahunun planını açıqlayıb

İsrailin baş naziri Benyamin Netanyahu İrana hücumdan sonra ABŞ-ı münaqişəyə cəlb etmək istəyir.

Tezadlar.az xəbər verir ki, bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.

“Gec və ya tez, ABŞ qaçılmaz olaraq ona (İran və İsrail arasındakı münaqişəyə) cəlb olunacaq, Netanyahunun əvvəldən niyyəti budur”, – hərbi analitik bildirib.

Bundan əvvəl Pentaqonun keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor xəbərdarlıq etmişdi ki, İranla müharibə ABŞ-ı III Dünya Müharibəsinə cəlb edə bilər.

Bu arada İran vasitəçilər vasitəsilə ABŞ-dan İsrailə təsir etmək və bu ölkəyə zərbələrini dayandırmaq üçün müraciət edib. Səudiyyə Ərəbistanı da atəşi dayandırmaq üçün səy göstərir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!