Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 13:26

Netanyahu İrana hücumların nə vaxt bitəcəyi barədə heç bir tarix açıqlamayıb

İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin İrandakı hədəflərinin yarısından çoxuna nail olduğunu iddia etsə də, hücumların nə vaxt bitəcəyi barədə heç bir tarix açıqlamayıb.

Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən Newsmax televiziyasına danışan Netanyahu Tehranın artan raket mənzilinin tezliklə Avropanı və ondan kənarı təhdid edə biləcəyini iddia edərək, İsrail və ABŞ-ın İranın raket sistemlərini, silah fabriklərini və nüvə personalını hədəf alan hücumlar həyata keçirdiyini iddia edib.

İsrailin İrandakı hədəflərinin yarısından çoxuna çatdığını iddia edən Netanyahu hazırda diqqətin Tehranın zənginləşdirilmiş uran ehtiyatına yönəldiyini bildirib.

İranın hərbi, nüvə və sənaye imkanlarını zəiflətməkdə “əhəmiyyətli irəliləyiş” əldə etdiklərini iddia edən Netanyahu əsas məqsədin İranın nüvə silahı əldə etməsinin və onları işə salmaq vasitələrinin qarşısını almaq olduğunu iddia edib.

“Onlar nüvə silahları və onları ABŞ şəhərlərinə çatdırmaq vasitələrinin ardınca gedirlər. Bu müharibənin məqsədi bu nəticənin qarşısını almaqdır”, – Netanyahu iddia edib.

O, hücumların hazırkı mərhələsinin İranın zənginləşdirilmiş uranın təhlükəsizliyini təmin etməyə və ya ləğv etməyə yönəldiyini bildirib, lakin hücumların nə vaxt bitəcəyi barədə məlumat verməyib.

“Bölgədəki əsas enerji marşrutlarından asılılığı azaltmaq səyləri” də daxil olmaqla, uzunmüddətli strateji amillərə işarə edən Netanyahu əlavə olaraq iddia edib: “Uzunmüddətli həll yollarına enerji boru kəmərlərinin Səudiyyə Ərəbistanından keçərək qərbə doğru Qırmızı dənizə və Aralıq dənizinə yönəldilməsi, İranın coğrafi boğazlarını keçmək daxildir.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!