28 İyul 2025 / 23:54

Netanyahu Putinlə İran məsələsini müzakirə edib

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İran məsələsini müzakirə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

“İki lider arasındakı söhbət İran məsələsinə aid olub”, – ofisdən bildirilib.

Kremlin mətbuat xidmətinin daha əvvəl bildirdiyi kimi, Putin Netanyahu ilə telefon danışığında Moskvanın İranın nüvə proqramının danışıqlar yolu ilə həllinin axtarışında iştirak etməyə hazır olduğunu qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!