Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Oktyabr 2025 / 06:53

Netanyahu Trampa təzyiq etmək istəyir

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza münaqişəsinin həlli planına dəyişiklik etməsi üçün ABŞ prezidenti Donald Trampa təzyiq göstərməyə çalışıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Netanyahunun Trampı İsrailin xeyrinə dəyişikliklər etməyə razı salmağa çalışdığı deyilir. Bu, Təl-Əviv və Fələstinin HƏMAS hərəkatı arasında vasitəçi kimi çıxış edən Misir və Qətər nümayəndələrini narahat edir.

“Ərəb ölkələrindən gələn mesaj budur ki, Netanyahunun dəyişikliklərindən sonra HƏMAS heç vaxt razılaşmanın şərtlərini qəbul etməyəcək”, – deyə anonim diplomat bildirib.

Onun sözlərinə görə, İsrail qoşunların çıxarılmasının vaxtını və yerini dəyişmək və Qəzzanın idarə olunmasında Fələstin Milli Administrasiyasının rolunu tənzimləmək istəyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!