Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Dekabr 2025 / 09:23

Netanyahu Trampdan İsrail prezidentindən əfv almasına kömək etməsini istəyib

İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Ev prezidenti Donald Trampla telefon danışığı zamanı Amerika liderindən İsrail prezidenti İsaak Herzoqdan əfv tələbi ilə müraciət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Axois” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

“Tramp dəfələrlə məhkəmə prosesinə və İsrailin daxili siyasətinə müdaxilə edərək bu proseslərə son qoymağa çalışıb”, – nəşr qeyd edir.

Nəşrin məlumatına görə, Netanyahu uzunmüddətli korrupsiya məhkəməsinin bir hissəsi olaraq İsrail prezidentinə rəsmi əfv tələbi ilə müraciət edib.

“The Times of Israel” qəzeti xəbər verir ki, Herzoq İsrailin və vətəndaşlarının maraqlarını rəhbər tutaraq Netanyahunu əfv etməyi düşünəcəyini bildirib. İsrail prezidenti ölkə əhalisini öz veb saytında bu məsələ ilə bağlı fikirlərini bildirməyə çağırıb. O, həmçinin qeyd edib ki, Tramp ona korrupsiyada ittiham olunan baş naziri əfv etmək üçün təzyiq göstərir.

Noyabrın 12-də prezident Donald Tramp İsrailli həmkarı İsaak Herzoqa rəsmi məktub göndərərək, üç ayrı cinayət işində rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə ittihamları ilə üzləşən Benyamin Netanyahunu əfv etməsini xahiş edib.

Müstəntiqlərin sözlərinə görə, Netanyahu varlı iş adamlarından 200.000 dollara qədər “hədiyyələr” alıb və əlverişli xəbər yayımı müqabilində telekommunikasiya maqnatına yüz milyonlarla dollarlıq güzəştlər verib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!