13 Aprel 2026 / 17:04

Netanyahu Trampın blokada qərarını dəstəklədi

İranla atəşkəs hər an pozula bilər… Tezadlar.az xəbər verir ki, “The Times of Israel”in bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun paylaşımına aydınlıq gətirib. Sitat: “Razılaşma bu idi ki, atəş dayansın və iranlılar dərhal Hörmüz boğazını açsın. Onlar isə bunu etmədilər”.

İsrail Baş naziri ABŞ Prezidenti Donald Trampın İran limanlarına blokada tətbiq etmək qərarını dəstəklədiyini vurğulayıb. O, İsrailin ABŞ-la daim koordinasiyada olduğunu qeyd edib. “Aramızda narazılıqların olması barədə iddialar isə tamamilə yanlışdır. Vəziyyət bunun tam əksidir. Prezident və onun komandası ilə danışıqlarda iştirak edən istənilən şəxs bunu təsdiqləyə bilər. İsrail və yəhudi xalqının tarixində əvvəllər bu cür koordinasiya olmayıb”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!