Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq üçün “hərtərəfli planını” qəbul etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qəzetin məlumatına görə, Ağ Evdə Trampın planı və anklavda münaqişənin həlli ilə bağlı bir sıra digər məsələlərin müzakirəsindən sonra İsrail və Amerika liderləri arasında birgə mətbuat konfransı keçirilib.
“Mən sizin hərbi məqsədlərimizə çatan Qəzzada müharibəyə son qoymaq planınızı dəstəkləyirəm”, – baş nazir Trampa müraciət edərək deyib.
Baş nazir qeyd edib ki, Fələstin HƏMAS hərəkatı bu planı rədd edərsə və ya sadəcə şou üçün qəbul edərsə, “İsrail özü məsələni sona qədər aparacaq”.
Netanyahu vəziyyətin həm asan, həm də çətin yollarla həll oluna biləcəyini izah edib. O əlavə edib ki, HƏMAS tərksilah ediləcək, Qəzza silahsızlaşdırılacaq və İsrail hərəkatın tərksilah səviyyəsinə uyğun olaraq qoşunlarını çıxaracaq.
Baş nazir vurğulayıb ki, Fələstin Muxtariyyəti transformasiya olmadan Qəzzada heç bir rol oynaya bilməz. O əlavə edib ki, Trampın planı “Qəzza üçün real yol” təklif edir.
E.ŞİRİNOV