Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Lahıc qəsəbəsində Qoruqların İdarəedilməsi Mərkəzi üçün inşa edilən yeni inzibati binası bu ilin sonuna qədər istifadəyə veriləcək.
Bunu Tezadlar.az-ın Lahıca ezam olunmuş müxbirinə Lahıc Dövlət Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev deyib.
Onun sözlərinə görə, bina Lahıcın tarixi memarlıq üslubuna uyğun formada sıfırdan inşa olunur: “Çox sürətli iş gedir. Biz ümid edirik ki, ilin sonuna qədər bina tam hazır olacaq. Burada qoruğun ofisi, muzey üçün inzibati sahə, kiçik iclas zalı və kafe yerləşəcək.”
N. Əliyev əlavə edib ki, yeni muzey konsepsiyası çərçivəsində Lahıc sənətkarlığının nümayişi və müəyyən yüngül istehsal proseslərinin ziyarətçilərə göstərilməsi nəzərdə tutulur.