Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Niderland Kraliçası Maksima yaxın günlərdə ölkə ordusunda ehtiyatda olan zabit kimi hərbi xidmətə başlayacaq.
Tezadlar.az bildirir ki, bu barədə RTL Nieuws televiziya kanalı ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verib.
Kraliçanın nəzəri və fiziki hazırlığı əhatə edən hərbi təlim proqramı keçəcəyi dəqiqləşdirilib. Xüsusilə, o, atəş açmağı və xəritələri oxumağı öyrənəcək. Müdafiə Nazirliyi ümid edir ki, Maksimanın şəxsi nümunəsi hollandlar arasında ehtiyatda olan hərbi xidmətə marağı artıracaq.
Təlim onun rəsmi cədvəli nəzərə alınmaqla çevik olacaq. Müdafiə Nazirliyi Kraliçanın dərslərdə müntəzəm iştirak etməsini gözləyir.
Əvvəllər kral cütlüyünün böyük qızı, Niderland Kraliçası Amaliya əsas hərbi təhsilini başa vurmuş və ilk hərbi rütbəsini – kapral almışdı.
Əvvəllər İspaniya Kralının böyük qızı Asturiya Şahzadəsi Leonorun orduya getməyi planlaşdırdığı bildirilirdi.
E.ŞİRİNOV