İki gün əvvəl Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər bu gün saxlanılıb, faktla bağlı cinayət işi açılıb. Tezadlar.az DİN-ə istinadla xatırladır ki, baş vermis hadisə sadəcə “divara rəsm çəkmək” deyil, paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli binaya qarşı vandallıqdır. Son illərdə Bakıda aparılan genişmiqyaslı abadlaşdırma, təmizlik və bərpa işləri nəticəsində şəhərimiz gözəlləşir. Belə vandalizm halları həmin əməyə hörmətsizlik, dövlətin və şəhər sakinlərinin sərf etdiyi vəsaitlər miqdarında ziyan vurur.
Burada gənclərin məsuliyyətsizliyi və tərbiyə məsələsi də var. Valideynlərimiz də bu işdə altiv olmalı, övaldlarını belə əməllərdən çəkindirməlidir.
Həqiqətən də biabırçılıqdır. Adətən belə cızma-qaralar dağlarda qaya və ya daş üzərinə çəkilir. Şəhərin mərkəzində yeni təmir olunmuş, ictimai diqqətdə olan bir ərazidə bu hərəkəti törətmək nadanlıq və biabırçılıqdır…
SƏBUHİ