Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyun 2025 / 01:20

Norveç- İtaliya: 3:0- İNANILMAZ NƏTİCƏ

Bakı vaxtı ilə ötən gün axşam saat 22:45- də başlayan və 2026-cı ilin futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I qrupunun 3-cü turunun Norveç və İtaliya yığmaları arasında keçirilən matç başa çatıb. Tezadlar.az CBC- Sport-un canlı efirinə istinadla xəbər verir ki, komandalar Oslodakı (Norveç) “Ullevol” stadionunda qarşılaşıblar. Qarşılaşmanı ispaniyalı Xose Sançes Martinez idarə edib. Oyun Norveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 14-cü dəqiqəsində Aleksandr Syorlot Norveçi hesabda irəli çıxarıb. 34-cü dəqiqədə Nusa fərqlənib. Matçın 42-ci dəqiqəsində Erlinq Holann hesabı 3:0-a çatdırıb.

Ç-2026-nın seçmə mərhələsinin ilk üç mərhələsində Norveç millisinin doqquz xalı var və I qrupa liderlik edir. İtaliya siyahıda 4-cü sırada qərarlaşıb. Komandanın xalı yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!