29 Yanvar 2026 / 00:07

Nura Suri Prezidentə buna görə şikayət edəcək-İNANILMAZ FAKTLAR AÇIQLANACAQ

Müğənni Nura Suri Mədəniyyət Nazirliyində baş verənləri hələlik kənardan müşahidə etdiyini bildirib. Tezadlar.az   xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında bildirib. O, vurğulayıb ki, ona göstərilən təzyiqlərlə bağlı ölkə başçısına müraciət edəcək. “Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı açıqlamalarımızdan sonra baş verənlər, bu işdə bizə mane olanlar, yolumuza daş qoyanlar, göstərilən təzyiqlər və sair uzun bir siyahı və açıqlamalar vəkilim tərəfindən yaxın zamanda cəmiyyətə təqdim olunacaq. Ölkə başçısına ünvanlanan açıq müraciətimizdə isə bütün baş verənlər faktlara əsaslanaraq detallı şəkildə qeyd ediləcək”.

Xatırladaq ki, bir müddət əvvəl müğənninin  Mədəniyyət Nazirliyi ilə bağlı açıqlamaları ciddi rezonans doğurmuşdu.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!