Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 May 2024 / 14:56

O, FRANSA VƏ Aİ-YƏ TƏSİR EDƏN SANKSİYALARIN LƏĞVİNİ TƏLƏB EDİB

Fransa və Aİ-nin əziyyət çəkdiyi anti-Rusiya sanksiyaları ləğv edilməlidir.

Tezadlar.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

Onun sözlərinə görə, Aİ iqtisadiyyatı illik hesablamada 5,4% partlayıcı artım qeydə alan Rusiya ilə müqayisədə zəif göstəricilər nümayiş etdirir.

Siyasətçi qeyd edib ki, Aİ-nin mənasız sanksiyaları Fransaya ziyan vursa da, Rusiyaya heç bir təsiri yoxdur. Bu baxımdan məhdudiyyətləri aradan qaldırmaq, Kiyevə milyardların göndərilməsini dayandırmaq və təcili olaraq Ukrayna münaqişəsinin həllinə diqqəti cəmləmək lazımdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!