Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 15 İyul- Demokratiya və Milli Birlik Günü ilə bağlı sosial media hesabında paylaşım edib.
Tezadlar.az hurriyet.com.tr-a istinadən həmin paylaşımı TƏQDİM EDİR:
“15 iyul – millətimizin əzmi ilə yazılmış şərəfli bir müqavimətin və ölməz zəfərin adıdır. O qələbənin adı isə heç şübhəsiz Türkiyədir. O gecə igidlik təcəssümü olan ürəklər tanklara qarşı uca durdu, güllələrə qarşı yeridi, bölünməz bir bütün olaraq qaranlığa keçid imkan vermədi. Müstəqilliyi canları bahasına müdafiə edən bu nəcib duruş Vətənimizin torpağına inamla həkk olunmuş iradənin ifadəsidir. Bu böyük birlik və həmrəyliyin əbədi olmasını diləyir, əziz şəhidlərimizi rəhmət, qazilərimizi isə minnətdarlıqla yad edirəm”.
Xatırladaq ki, 2016-cı il 15 iyul tarixində Türkiyənin İstanbul və Ankara şəhərlərində dövlət çevrilişinə cəhd edilmişdi. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Çevrilişdə səbabkarı kimi uzun illər ABŞ-də yaşamış dini xadim Fətullah Gülən (hazırda ölüb) və tərafdarlarının olduğu bildirilirdi (Fətullahçı Terror Təşkilatı).
Prezident Rəcəb Tayyib Ərdoğan CNN Türkdə Face Time vasitəsilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırdı. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi. Ərdoğan FETO-nun xain planını alt-üst etdi, xalq isə liderini dəstəklədi.
16 iyul səhərinə kimi ordu və polisin ortaq əməliyyatları nəticəsində çevriliş yatırıldı. Bu hadisələr nəticəsində 253 nəfər (63 polis, 6 hərbi qulluqçu və 184 mülki şəxs) həlak olub, 286 polis, 47 hərbçi və 2407 mülki şəxs yaralanıb.
Qeyd edək ki, Türkiyədə 9 ildir ki, 15 İyul – Demokratiya və Milli Birlik Günü kimi qeyd edilir.
JASMİN