Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 21:28

Oğuz Ayvazın ilk romanı “Qolları bağlı köynək” çap olundu

Yazıçı Oğuz Ayvazın sayca ikinci kitabı – “Qolları bağlı köynək” adlı romanı Qanun Nəşrlər Evində çap olunub.

“Tezadlar.az” xəbər verir ki, əsər real hadisələr əsasında qələmə alınıb və beş ilə tamamlanıb.

Kitabın redaktorları Ataqam və Ayxan Ayvazdır.

Romanın annotasiyasında qeyd olunur:

“Dəlixana haqqında çoxlu filmlər izləmiş, romanlar oxumuş ola bilərsiniz. Bu filmlər və romanlarda dəlixana adətən müəllifin təsəvvür etdiyi, reallıqdan uzaq formada təqdim olunur. Bu romanda isə siz dəlixananı olduğu kimi görəcəksiniz. Çünki müəllif özü ruhi dispanserdə müalicə alıb və yaşadıqlarını real cizgilərlə qələmə alıb. Onun keçirdiyi sarsıntılar, palatada şahidi olduğu hallüsinasiyalar və sayıqlamalar olduqca təsirli və canlıdır. Əsərdə yer alan “dəli” qəhrəmanlar uydurma deyil, real şəxslərdir. Ola bilsin, onlar bu gün də həmin divarların arxasındadırlar.”

Qeyd edək ki, bu, yazıçının ilk romanıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!