10 Fevral 2026 / 11:34

“Okuklu Holding” “Kristral” şirkətinin ərazisində gizli şəkildə tikinti aparıb, məqsəd isə… FOTOLAR

Şirkətimizə məxsus və sənədlərlə təsdiqlənmiş ərazidə bir qrup şəxs tərəfindən qanunsuz və gizli şəkildə tikinti (gecəqondu) işlərinin aparılmasına cəhd göstərildiyi müəyyən edilmişdir.

Tezadlar.az  xəbər verir ki, bu barədə  “Kristal” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı tərəfimizdən dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdur. Qeyd edək ki, bu şəxslərin məqsədi anbar daxilində gizli şəkildə tikintini yekunlaşdırıb dam örtüyü örtməklə gələcəkdə şirkətimizə qarşı maddi tələblər irəli sürmək olmuşdur.

Təəssüf ki, qanunsuz fəaliyyət göstərən şəxslər müdaxilə zamanı birləşərək şirkət əməkdaşlarımıza qarşı fiziki təzyiq göstərmişdir. Hadisə hazırda polis tərəfindən araşdırılır və məsələ tam şəkildə hüquqi müstəvidə öz həllini tapacaqdır.

Şirkətimiz qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir və mülkiyyət hüquqlarının qorunması istiqamətində bütün zəruri hüquqi addımları atmaqda davam edəcəkdir.

Qeyd edək ki,  “Okuklu Holding” tərəfindən ərazidə qanunsuz tikinti işləri aparılıb. 

Fevralın 8-də “Okuklu Holding”in tikinti materialları anbarının sərhədlərinin qonşu ərazidə planlaşdırılan yaşayış kompleksi layihəsi üçün ayrılmış torpaq sahəsi hesabına qanunsuz şəkildə genişləndirilməsinə cəhd olunub.

Məlumata görə, şirkət  plana düşdüyündən daha çox maddi vəsait əldə etmək məqsədilə ərazidə tikinti işləri aparıb, ərazi və mövcud tikililəri böyütməyə çalışıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və faktlar araşdırılır.

kristal gizli tik
kristal gizli tik

kristal gizli tik

kristal gizli tik

kristal giz tik
kristal giz tik
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!