Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 08:33

Ölkə ərazisində yenidən intensiv yağıntılı hava şəraiti gözlənilir

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Tezadlar.az xəbər verir ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!