13 Aprel 2026 / 22:10

Ölkə ikinciliyindən dünya ikincisinin məktəbinə: Uğura gedən yol

Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Röya Qasımova dünya reytinqinin ikincisi olan London İmperial Kollecinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul alıb.

Tezadlar.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, Röya 2021-ci ildə 683.2 bal toplayaraq II qrup üzrə ölkə ikincisi seçilərək Prezident təqaüdünə layiq görülüb.

2024-cü ildə mübadilə ilə Almaniyada Schmalkalden Tətbiqi Elmlər Universitetində 1 semestr təhsil alıb.

2024-cü ilin dekabr sessiyasında “Financial Reporting” imtahanında 95% nəticə göstərərək ölkə üzrə ən yüksək balı toplayıb və “National Prizewinner” adına layiq görülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!