Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Onkoloji xəstəliklərin diaqnostikasında istifadə edilən Pozitron emissiya tomoqrafiyasının icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə edilməsi ilə bağlı xərclər hesablanır”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən “Təzadlar”a bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, Milli Onkologiya Mərkəzi ilə bu istiqamətdə danışıqlar gedir. Sitat: “Həmin aparatların sayının artırılması, müayinənin əhali üçün əlçatan olması təmin edilməlidir. Gələn il yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Beləliklə, onkoloji xəstələrə daha bir güzəşt zərfi onların istifadəsinə veriləcək.
Y.Məmmədli