31 Yanvar 2026 / 15:50

Onkoloji xəstəliklə mübarizə aparan Xalq artisti “Zal qızı Zalxa” tamaşasında oynayıb

Sevilən sənətkar Xalq artisti Afaq Bəşirqızı yenidən teatr səhnəsinə qayıdıb. 

Axşam.az xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda “Zal qızı Zalxa” tamaşasında oynayıb.

Belə ki, uzun müddətdir səhhətində yaranan problemlə əlaqədar səhnədən uzaq düçən Afaq Bəşirqızı ötən gün tamaşaçıları yenidən görüşüb.  Aktrisa səhnəyə əsa ilə çıxıb.

Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!